...

Milli.az artıq radio dinləyiciləri üçün xəbər buraxılışlarını təqdim edir

Hadisə Materials 28 Mart 2022 11:24 (UTC +04:00)
Milli.az artıq radio dinləyiciləri üçün xəbər buraxılışlarını təqdim edir

Bakı. Trend:

“Radio TMB” ilə Milli.az xəbər portalı məlumat mübadiləsi sahəsində əməkdaşlıq edəcək. Razılaşma, məlumat mübadiləsi sahəsində peşəkar əməkdaşlığın möhkəmləndirilməsini, dostluq münasibətlərinin qurulmasını və KİV sahəsində səmərəli əməkdaşlığı nəzərdə tutur.

Radio TMB xəbər buraxılışlarında, ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr Milli.az xəbər portalına istinad olaraq 100.5 fm-də dinləyicilərə çatdırılacaq. Media şirkətləri əməkdaşlıq çərçivəsində informasiya mübadiləsi aparacaq, materiallar hazırlayaraq təqdim edəcək.

Qeyd edək ki, Milli.az xəbər portalının yaradılmasında məqsəd siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri işıqlandırarmaqdır. Məhz bu səbəbdən Milli.az xəbər portalı Azərbaycanda ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

Məlumat üçün onu da bildirək ki, Türk millətlərinin və xalqlarının Azərbaycanla həmrəyliyini gücləndirmək məqsədilə ölkəmizdə ölkəmizdə fəaliyyət göstərən “Radio TMB” nin sosial əhəmiyyəti milli ideyaların və tolerantlığın təbliğində, o cümlədən gənclərin milli dəyərlərə və adət-ənənələrə yönləndirməsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti