...

FHN: Ötən sutka 33 yanğına çıxış olub, 7 nəfər xilas olunub

Hadisə Materials 28 Aprel 2022 10:45 (UTC +04:00)
FHN: Ötən sutka 33 yanğına çıxış olub,  7 nəfər xilas olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Trend-ə bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas olunub. Həmçinin, 16.04.2022-ci il tarixində Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batan 1999-cu il təvəllüdlü İsmayılzadə Sərxan Rizvan oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda kanalda aşkar olunaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti