...

Axtarışda olan keçmiş məhkum avtomobil oğurladı

Hadisə Materials 12 May 2022 11:44 (UTC +04:00)
Axtarışda olan keçmiş məhkum avtomobil oğurladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda axtarışda olan keçmiş məhkum avtomobil oğurlayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə mayın 11-də saat 1 radələrində Masazır qəsəbəsi ərazisindən Quba rayon sakini P.Əkbərova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İntiqam Məmmədov avtomobillə birgə saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) ilə, həmçinin borclu qismində axtarışda olması müəyyən olunub.

Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti