...

Ağdaş və Göyçayda 2 000-dən artıq çətənə kolu məhv edilib (FOTO)

Hadisə Materials 7 İyul 2022 16:01 (UTC +04:00)
Ağdaş və Göyçayda 2 000-dən artıq çətənə kolu məhv edilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Göyçay və Ağdaş Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Göyçay rayonunun Yalman kəndi ərazisində ümumi çəkisi 425 kiloqram olan 638 ədəd, Ağdaş rayonu Abad kəndi ərazisində isə ümumi çəkisi 800 kiloqrama yaxın olan 1424 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti