...

Bakı-Antalya reysi ilə uçan təyyarə texniki səbəbdən geri qayıdıb

Hadisə Materials 26 Avqust 2022 08:57 (UTC +04:00)
Bakı-Antalya reysi ilə uçan təyyarə texniki səbəbdən geri qayıdıb

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti