...

Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi

Hadisə Materials 11 Sentyabr 2022 04:38 (UTC +04:00)
Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Rüşvət almaqda təqsirləndirilərək saxlanılan, "Xural" internet kanalının baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov məhkəmə qarşısına çıxarılıblar.

Trend-in məlumatına görə, Binəqədi rayon Məhkəməsində Ə. Zeynallı və E. Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Əvəz Zeynallı və vəkil E. Sadıqov "Baku Still Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü(külli miqdarda rüşvət alma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti