...

Zaqatalada 4 ay əvvəl itkin düşən turistin axtarışları davam etdirilir

Hadisə Materials 19 Sentyabr 2022 10:37 (UTC +04:00)
Zaqatalada 4 ay əvvəl itkin düşən turistin axtarışları davam etdirilir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatalada itkin düşən turistin axtarışları davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Trend-in sorğusuna cavab olarq bildirib ki, Zaqatala Rayon Polis Şöbəsində onun barəsində açılmış axtarış işi üzrə axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti