...

Buzovnada 33 yaşlı kişi əmisini öldürüb

Hadisə Materials 29 Sentyabr 2022 10:53 (UTC +04:00)
Buzovnada 33 yaşlı kişi əmisini öldürüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 29-u saat 03 radələrində Xəzər rayonu, Buzovna qəsəbə sakini 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam edir.

Xəbər lenti

Xəbər lenti