...

Ağacların qanunsuz kəsilməsi ilə təbiətə 38 min manatdan çox ziyan dəyib

Hadisə Materials 18 Oktyabr 2022 11:12 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Ağcabədi, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi, zədələndiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı təbiətə ümumilikdə 38970 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti