Bakı. Trend:
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 250 m² (1-ci mərtəbəsi 160 m², 2-ci mərtəbəsi 90 m² ) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən bazar günü Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Gəncə şəhərində inşaat materiallarının satışı bazarının ərazisində ümumi sahəsi 50 m² olan daş sexinin içərisində 300 ədəd plastik qəlib və 1 ədəd dəzgah yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.