...

Bakıda fərdi yaşayış binasındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB-3) (VİDEO)

Hadisə Materials 29 Noyabr 2022 23:03 (UTC +04:00)
Bakıda fərdi yaşayış binasındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB-3) (VİDEO)

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

xxx

23:01

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam yanğınsöndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

22:43

Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

xxx

22:38

Bakı. Trend:

Bakıda güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, Bakının "Kubinka" kimi tanınan hissəsində güclü yanğın başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti