...

Yevlaxda 3 otaqlı evdə yanğın olub

Hadisə Materials 30 Noyabr 2022 08:38 (UTC +04:00)
Yevlaxda 3 otaqlı evdə yanğın olub

Bakı. Trend:

Yevlax şəhərinin Kövər kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, kənddə ümumi sahəsi 156 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti