...

Ağdaşda "Azərişıq"ın əməkdaşını cərəyan vuraraq öldürüb

Hadisə Materials 16 Dekabr 2022 22:31 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdaşda "Azərişıq"ın əməkdaşını cərəyan vurub.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 15:45 radələrində "Azərişıq" ASC-nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları -1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurması, sonuncunun hadisə yerində ölməsi, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

"Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Yanıq xəsarətləri alan E. Mustafayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti