Bakı. Trend:
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 675 m² olan mansarda tipli ikimərtəbəli evin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 9 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.