Bakı. Trend:
Sabirabad şəhərində "VAZ" markalı minik avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.