Bakı. Trend:
Naxçıvanda məktəb binasının çökməsi və bir nəfərin ölməsilə bağlı cinayət işi açılıb.
Trend-in məlumatına görə, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Babək rayonun Nehrəm kəndi 3 saylı tam orta məktəbdə uçqun olması və bir nəfərin ölməsi ilə bağlı cinayət işi başlanılıb.
Xatırladaq ki, daha əvvəl cinayət işinin açılması rədd edilmişdi, vətəndaş şikayətindən sonra isə iş başlanılıb.
İstintaq davam etdirilir.