...

Binəqədidə açıq ərazidə yanğın başlayıb

Hadisə Materials 14 Fevral 2023 17:36 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, mazut qalıqları və qamışlıq sahə yanır.

Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti