...

Xocalıda beton tökən avtomobil aşıb

Hadisə Materials 16 Fevral 2023 11:02 (UTC +04:00)
Xocalıda beton tökən avtomobil aşıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı rayonunun Çanaqcı kəndində yol qəzası olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Trend-ə bildirib ki, rayon polis əməkdaşları hadisə yerinə gələrək araşdırmalar aparıb.

Məlum olub, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə etdiyi "Mersedec" markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb. Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti