...

57 yaşlı qaynatasına xəsarət yetirən kürəkən saxlanıldı

Hadisə Materials 8 İyun 2023 19:29 (UTC +04:00)
57 yaşlı qaynatasına xəsarət yetirən kürəkən saxlanıldı

Bakı. Trend:

Biləsuvar sakininə kəsici alətlə xəsarət yetirən kürəkəni saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-də 16 radələrində Biləsuvar rayonu Nəsimi kəndində 1966-ci il təvəllüdlü kənd sakini Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.A-nın keçmiş kürəkəni 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti