...

Bulvarda kaktusları kəsib, yandıran şəxs saxlanılıb

Hadisə Materials 13 İyun 2023 11:08 (UTC +04:00)

Bakı. Trend:

Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Xəbər lenti

Xəbər lenti