...

CAR-da qaz xətti partladı - Ölən və yaralananlar var

Hadisə Materials 20 İyul 2023 13:12 (UTC +04:00)
CAR-da qaz xətti partladı - Ölən və yaralananlar var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Afrika Respublikasının ən böyük şəhəri Yohannesburqda partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 1 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Qautenq əyalətinin baş naziri Panyaza Lesufin mətbuata verdiyi açıqlamada bildirib ki, Yohannesburqun mərkəzində baş verən partlayışa küçənin altından keçən təbii qaz xəttindəki sızma səbəb olub.

Partlayışdan sonra küçə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti