...

Bərdədə Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb (YENİLƏNİB)

Hadisə Materials 4 Sentyabr 2023 21:00 (UTC +04:00)
Bərdədə Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə paytaxt sakinini xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, bu gün Bərdə rayonunda Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əmrah İlyasovun kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdıma aparılır.

xxx

16:29

Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb. 1997-ci il təvəllüdlü Bakı şəhər sakini İlyasov Əmrah Asif oğlu, kimliyi məlum olmayan şəxslə münaqişə zəminində çox saylı bıçaq zərbəsi alıb.

Trend xəbər verir ki, yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirlib.

Həkimlər Ə. İlyasovun əziyyətini orta ağır qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti