Bakı. Trend:
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı
profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən
məlumata görə, vətəndaşlar arasında aparılan profilaktiki
tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri
olmadan saxladıqları ümumilikdə 4 ov tüfəngini könüllü olaraq
polisə təhvil veriblər.
Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Təklə Mirzəbaba kəndində məişət tullantılarının qalaqlanması halları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub.