Bakı. Trend:
Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, Abbasov Kamil Şakir oğlu idarə etdiyi "Kamaz-55111" markalı, 25-BD-912 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, N.Nərimanov prospekti ilə hərəkətdə olarkən, piyada Nəcəfova Gülümzər Şahəli qızını vurub.
Nəticədə sonuncu müalicə aldığı xəstəxanada almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.