Kəlbəcərdə qəza törədən sürücü xəstəxanada öldü

Hadisə Materials 6 Mart 2024 09:44 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Martın 2-də Kəlbəcərdə qəza törədən sürücü xəstəxanada ölüb.

Trend xəbər verir ki, martın 2-də 1980-cı il təvəllüdlü Heydərov Yasin Muxtar oğlu idarə etdiyi "MAN" markalı avtomobillə Kəlbəcər rayonu, Qamışlı kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü Heydərov Yasin Muxtar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Ötən gün Y.Heydərov müalicə aldığı Gəncə şəhər Mərkəzi xəstəxanasında ölüb.

Xəbər lenti

Xəbər lenti