...

Bakıda qəza nəticəsində işıqfor dirəyi yararsız vəziyyətə düşüb

Hadisə Materials 3 Aprel 2024 09:26 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Nəsimi rayonu, Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində kəsişmədə olan bir ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb.

"Hazırda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və svetoforun qısa zaman ərzində bərpa edilməsi məqsədilə işlər görülür", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti