...

Sumqayıtda bədbəxt hadisə zamanı azyaşlı uşaq ölüb

Hadisə Materials 6 İyul 2024 00:46 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıtda 1-ci mikrorayonda yerləşən mənzillərdən birində faciə yaşanıb. Evdə tək olan 12 yaşlı uşağın üzərinə qapının şüşəsi düşüb, uşaq qanaxmadan ölüb.

Trend-in məlumatına görə, bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.

Məlumata əsasən, hadisə zamanı 2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti