Bakı. Trend:
Qubadlı rayonu Mirlər, Göyyal, Hərtiz və Seləli kəndləri istiqamətində yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının, əsasən kol-kos və quru otdan ibarət açıq sahədə baş verdiyi və yaxınlıqdakı meşə zolağına keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən, sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən söndürülüb.