Bakı. Trend:
Balakən şəhərində ümumi sahəsi 120 m² olan kərpic sexinin içərisində 20 m² sahədə taxta altlıqlar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sex yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.