Şuşa. Trend:
Şuşa rayonunun Turşsu ərazisində Ford Transit markalı mikroavtobus yol kənarına aşıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə nəticəsində təxminən 9 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər Xankəndi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Qəza ilə bağlı Şuşa rayon polis şöbəsində araşdırma aparılır.