Bakı. Trend:
Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.
Trend xəbər verir ki, 11.10.2024-cü il tarixdə, saat 22 radələrində Şəki rayonunun Qoxmuq kənd sakini, 1996-cı il təvəllüdlü Salamzadə Ülvi Adil oğlu idarə etdiyi minik avtomobil ilə Şəki-Qax-Zaqatala avtomobil yolunun Qoxmuq kəndinin ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Şəki rayonu, Qoxmuq kənd sakini, 2009-cu il təvəllüdlü Abdurahmanlı Asim Azər oğlunu ehtiyatsızlıqdan vurub.
Belə ki, 12.10.2024-cü il tarixdə saat 03:30 radələrində Asim Abdurahmanlı müalicə olunması üçün Mingəçevir Şəhər Xəstəxanasına aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.
Faktla bağlı 12.10.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin İB-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.