...

Üç il əvvəl Zaqatalada itkin düşən hindistanlı turistin qalıqları tapılıb

Hadisə Materials 11 Fevral 2025 10:05 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Üç il əvvəl Zaqatalada itkin düşən hindistanlı turistin qalıqları tapılıb.

Trend xəbər verir ki, fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin mayında rayon ərazisində itkin düşən 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında “Şamilovka” meşə massivində aşkarlanıb.

Meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidən götürülərək müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti