Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 18-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 2 tapança,
14 qumbara, 15 tüfəng, 12 patron darağı və 3285 ədəd müxtəlif çaplı
patron aşkar edərək götürüblər.