Bakı. Trend:
Yardımlı rayonunun Telavar kəndinin ərazisində dərədə silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki,Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat, 6 ədəd patron darağı və 442 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.