...

Bakıda daha bir restoranının fəaliyyəti məhdudlaşdırıldı (FOTO)

Hadisə Materials 17 Mart 2025 09:55 (UTC +04:00)
Bakıda daha bir restoranının fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Sarı Qaya” restoranının fəaliyyəti məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Yaşar Vəli oğluna məxsus “Sarı Qaya” ictimai iaşə obyektində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib.

Baxış zamanı qida təhlükəsizliyi tələblərinin pozulması halları aşkarlanıb.

Belə ki, iaşə obyektində qida məhsullarının saxlanıldığı soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl olunmadığı, isti yeməklərin növbəti günlərdə yenidən isidilərək müştərilərə təqdim olunduğu, emal sahəsində temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub.

Həmçinin, baytarlıq sənədi olmayan ət, balıq məhsulları, mənşəyi məlum olmayan qatıq məhsulu, istehsal tarixləri olmayan yarımfabrikatlar və hazır yeməklər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti