Bakı. Trend:
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarınım keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən hər ikisi əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Zaur Rabayev və 43 yaşlı Hacı Əliyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı onların Yardımlı rayonunda əldə etdikləri narkotik vasitəni paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmaq barədə istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşdıqları müəyyən edilib.
"Həmin şəxslərin sövdələşmə əsasında narkotik vasitələri götürmək üçün gəldikləri çətin relyefli qayalıq ərazidən ümumilikdə 12 kiloqram heroin və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib",- deyə məlumatda qeyd edilib.