...

Bakıda avtomobil "qırmızı"dan keçərək qəza törətdi (VİDEO)

Hadisə Materials 6 May 2025 11:19 (UTC +04:00)
Bakıda avtomobil "qırmızı"dan keçərək qəza törətdi (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, yolayrıcında olan işıqforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə piyada işıqforuna çırpılıb.

Yararsız vəziyyətə düşən piyada işıqforunun yenisi ilə əvəzlənməsi işləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti