...

Lerikdə meşədə çətənə kolları yetişdirən şəxs saxlanılıb

Hadisə Materials 28 May 2025 11:15 (UTC +04:00)
Lerikdə meşədə çətənə kolları yetişdirən şəxs saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Hidayət Zaidov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, onun yaşadığı evin həyətində və rayonun Qılqılov kəndindəki meşəlik ərazidə xüsusi qulluq göstərərək yetişdirdiyi ümumilikdə 321 ədəd çətənə bitkisi, əlavə olaraq 1 ədəd qanunsuz saxladığı "İJ" markalı ov tüfəngi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti