Bakı. Trend:
Külli miqdarda vəsaiti ölkədən çıxararaq, iki il müddətinə ölkəyə qaytarmayan şirkət barədə tərtib edilən protokol təsdiq edilib.
Trend-in məlumatına görə, hadisə 28 mart 2023-cü ildə baş verib.
Belə ki, ödənişin aparıldığı iki il müddət keçməsinə baxmayaraq, vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə şirkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 789740.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 157948 ABŞ dolları məbləğində cərimə edilib.