Sentyabrın 29-da daxili işlər orqanları tərəfindən 31 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 29-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 18 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb. 4 yanğın hadisəsi qeydə alınıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 43 nəfər həbs edilib.