...

Dekabrın 27-nə olan kriminal xronika

Hadisə Materials 28 Dekabr 2005 14:26 (UTC +04:00)

Dekabrın 27-də daxili işlər orqanları tərəfindən 12 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin cinayət faktlarından 7-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 12 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb, nəticədə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 1, silah-sursatla əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 23 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti