...

Moskvada Basman bazarının dağıntılarında yanğın başlayıb

Hadisə Materials 23 Fevral 2006 16:52 (UTC +04:00)

Yanğınsöndürənlərin hadisə yerindən "Qazeta.Ru" nəşrinin müxbirinə verdikləri məlumata görə, tüstülənmə Moskva vaxtı ilə saat 14.20-də başlayıb. Onların sözlərinə göbə, xilasedicilərin həlak olanların cəsədlərini çıxarmaq üçün istifadə etdikləri elektrik mişarı qığılcım verib. Həmin qığılcımdan ya bazarda satılan qaz balonu, ya da uçmuş dam örtüyünün dağıntıları altında qalmış maşınlardan sızan benzin alışıb.

Hazırda yanğının sahəsi o qədər böyük (15 kvömetrə yaxın) deyil. Lakin alov sürətlə yayıldığından yanğınsöndürənlər onun artacağını proqnozlaşdırıblar. Dağıntılar altından aerozol balonlarının necə partladıqları eşidilir.

Bu məlumatdan bir neçə dəqiqə sonra Rusiya FHN-nin mətbuat xidmətinin rəhbəri Viktor Belsov jurnalistlərə dağıntı qurbanlarının sayının artaraq 38 nəfərədək çatdığını xəbər verib. Yaralananların sayı isə əvvəlğki kimi, yəni 29 nəfər olaraq qalır.

Xəbər lenti

Xəbər lenti