...

İstanbulda Azərbaycan vətəndaşı qətlə yetirilib

Hadisə Materials 25 İyul 2006 11:48 (UTC +04:00)

İstanbulda 20 yaşlı Azərbaycan vətəndaşı Tamaşa İsmayılova qətlə yetirilib. O, yerli sakin Erkan Sarıqayanın vurduğu 10 bıçaq zərbəsindən Aksaray rayonundakı mağazalardan birində keçinib.

Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, qatil qaçmağa çalışsa da, vətəndaşlar tərəfindən saxlanılıb.

Polis qatili daşqalaq etmək istəyən kütləni çətinliklə dağıdıb. İstintaq aparılır.

İlkin məlumatlara görə, T.İsmayılova və Erkan Sarıqaya bir-birlərini iki il idi ki, tanıyırdı.

Xəbər lenti

Xəbər lenti