...

RF-nin hüquq mühafizə orqanları tərəfnidən axtarışda olan şəxs Bakıda həbs edilib

Hadisə Materials 3 Avqust 2006 17:25 (UTC +04:00)

Avqustun 3-də Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Bakıda həbs edilib. Bu barədə Trend ə Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsindən məlumat verilib.

1969-cu il təvəllüdlü İlham Muxtar oğlu Həsənov Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən məlum olub ki, onun barəsində Moskva şəhərinin cənub-şərq dairəsinin daxili işlər idarəsi tərəfindən RF Cinayət Məcəlləsinin 327-ci maddəsi ilə cinayət işi başalnıb və axtarış elan olunub. İ.Həsənov rəsmi sənədlərin saxtalaşdırılmasında təqsirli bilinir.

Yaxın günlərdə onun Moskva şəhərinə ekstradisiyası gözlənilir.

Xəbər lenti

Xəbər lenti