...

Bakıda baş vermiş atışma nəticəsində bir nəfər yaralanıb

Hadisə Materials 30 Avqust 2006 20:55 (UTC +04:00)

Avqustun 30-da saat 18:00-da Bakının Nərimanov rayonu ərazisində keçirilmiş "Yaxalama" planı nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün saat 13:00-da Yasamal rayonundakı Şəfayət Mehdiyev küçəsində odlu silahdan atəş açmaqda şübhəli bilinən 4 nəfəri saxlayıb. Bu barədə xüsusi olaraq Trend ə "Exo" qəzetinin müxbiri məlumat verib.

Saxlanılanlar arasında odlu silahdan istifadədə şübhəli bilinən Əlimurad Məmmədov da var. Atəşin BMW markalı avtomobildən, "dayandoldurum" kimi tanınan silahdan açıldığı ehtimal olunur.

Ombasından yaralanmış 26 yaşlı Rasim Qəmbərov Musa Nağıyev adına təcili yardım xəstəxanasına çatdırılıb. O, 2 litr qan itirib. Zərərçəkmişə təcili yardım göstərilib və onun vəziyyəti normallaşır.

İlkin məlumatlara görə, hadisə Rasim Qəmbərov və Əlimurad Məmmədov arasında pul üstündə mübahisə nəticəsində baş verib. R.Qəmbərovun sonuncudan torpaq sahəsi aldığı və $8 min borc götürdüyü ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti