...

Bərdədə "KAMAZ" markalı avtomobil dəmiryol vaqonu ilə toqquşub

Hadisə Materials 9 Noyabr 2006 18:46 (UTC +04:00)

Noyabrın 9-da Bərdədə "KAMAZ" markalı avtomobil yük vaqonu ilə toqquşub. Trend in Bərdədəki regional bürosu xəbər verir ki, qəza təqribən saat 9.00-10.00 arasında baş verib.

Daş kubik yüklənmiş "KAMAZ"la toqquşma nəticəsində kənd təsərrüfatı məhsulları daşıyan vaqon aşıb. Vaqonda olan üç işçi xəsarət alıb. Onlar Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yüngül xəsarət almış bu şəxslər ilk tibbi yardımdan sonra evə buraxılıb.

Qəza ilə bağlı istintaq aparılır, hadisə yerində isə bərpa işləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti