...

Əsgər yoldaşlarını güllələmiş əsgər ekstpertizadan keçirilir

Hadisə Materials 18 Dekabr 2006 12:26 (UTC +04:00)

Dekabrın 16-da Gəncədəki N saylı hərbi hissədə əsgər yoldaşlarını güllələmiş sıravi əsgər Fuad Həsənov hazırda ekstpertizadan keçirilir və istintaqçılar tərəfindən hadisə yerinin müayinəsi aparılır. Bu barədə Trend ə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Hadisənin baş verməsi istirahət günlərinə təsafüd etdiyindən faktla əlaqədar ekspertiza işləri və hadisə yerinin müayinəsi dekabrın 18-nə saxlanılıb. Hazırda həbsdə olan əsgər hadisə yerinə aparılıb və baş vermiş hadisə ilə əlaqədar hadisə yerində istintaq dindirməsi keçirilir.

Gəncənin "N" saylı hərbi hissəsində xidmətdə olan Fuad Həsənov avtomat silahdan əsgər yoldaşlarına atəş açıb. Əsgərlərdən biri - Sumqayıtdan hərbi xidmətə çağırılan Ceyhun Mikayılov aldığı yaralardan dünyasını dəyişib, digər üç nəfər (Bakıdan hərbi xidmətə çağırılan Elçin Məmmədov, Iüqar Məmmədov və Ağdamdan hərbi xidmətə çağırılan Iüsal Seyidov) ağır vəziyyətdə Gəncə hospitalına yerləşdirilib.

Fuad Həsənov ibtidai istintaqa ilkin ifadəsində göstərib ki, hadisəyə səbəb güllələdiyi əsgər yoldaşları tərəfindən mütəmadi olaraq incidilməsi olub.

Xəbər lenti

Xəbər lenti