...

Səfir: İndoneziyadakı daşqın nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşları haqqında səfirlikdə informasiya yoxdur

Hadisə Materials 25 Dekabr 2006 12:27 (UTC +04:00)

İndoneziyadakı daşqın nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşları haqqında səfirlikdə informasiya yoxdur. Bu barədə eksklüziv olaraq Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın diplomatik missiyası bu təbii fəlakətlə bağlı yerli mətbuatda gedən xəbərləri çox diqqətlə izləyir. Hələlik həmin regionda zərər çəkmiş Azərbaycan vətəndaşı barədə heç bir informasiya daxil olmayıb.

Xatırladaq ki, rəsmi təsdiq olnmuş fəlakət qurbanlarının sayı 87-ə çatıb, onlarla adam itkin düşüb. KİV-lər vasitəsilə yayılmış qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı 110 nəfərdən çox ola bilər. Fəlakətdən daha çox Açex mahalının Tamian rayonuna ziyan dəyib, orada ölənlərin sayı 60 nəfər olub. 100 mindən artıq adam evini tərk etməyə məcbur qalıb. Boşalmış kəndlərdə soyğunçuluq halları baş verir.

Xəbər lenti

Xəbər lenti