...

Moskvada "İnter-Az" teleşirkətinin prezidentinə sui-qəsd edilib

Hadisə Materials 31 May 2007 16:01 (UTC +04:00)

Rusiya, Moskva /müxbir Trend R.Ağayev/Dünən gecə "İnter-Az" teleşirkətinin prezidenti Saleh Xudiyevə məxsus avtomobil naməlum şəxslər tərəfindin yandırılıb. Bu barədə Xudiyevin özü məlumat verib.

Onun sözlərinə görə, bu, ona qarşı olan birinci sui-qəsd deyil. Bir ay öncə isə onu iki dəfə oğurlamağa cəhd ediblər. "Fikirləşirəm ki, sui-qəsd və yandırma hadisəsi yalnız mənim peşə fəaliyyətimlə əlaqədardır. Kiməsə bizim teleşirkətin fəaliyyəti mane olur. Mənə dəfələrlə ya şirkəti tamamilə satmaq, ya da səhmlərin bir hissəsini satmaq təklif olunub. Mən heç bir şərtlərə razı olmamışam, belə ki, bu insanlarla sadəcə işləmək arzusunda olmamışam. Kimləsə münaqişəm də yoxdur" - deyə "İnter-Az" teleşirkətinin prezidenti qeyd edib.

O həmçinn məlumat verib ki, bu gün sui-qəsd və yandırma faktı üzrə Moskvanın Obruçevsk rayonunun polis bölməsində cinayət işi açılıb, istintaq aparan Andrey Kubayev işin müstəntiqə təhvil verilməsi üçün artıq işlə bağlı ilkin prosedurlara başlayıb.

Xəbər lenti

Xəbər lenti