...

Goranboyda iki nəfər qətlə yetirilib

Hadisə Materials 8 İyun 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bu gün səhər saat 8:00 radələrində Goranboy rayonunun Qaraçinar kəndində ağır gətl hadisəsi baş verib. Belə ki, Kəlbəcər rayonundan olan məcburi köçkün 1951-ci il təvəllüdlü Murtuzayev Vəli Bəylər oğlu torpaq münaqişəsi zimnində həmyerlisi 1932-ci il təvəllüdlü İsayev Məhəmməd Mustafa oğluna otlaq sahəsində baş nahiyəsindən bir neçə zərbə vuraraq qətlə yetirib. Bundan sonra Murtuzayev kəndə gələrək həmin münaqişə ilə bağlı Kərimova Mətanət Kərim qızını evdə balta ilə qətlə yetirib. Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, təxminən 2 saat sonra polis əməkdaşları tərəfindən qatil tutulub. Hadisə ilə bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti